Şəhid əsgərimiz dəfn edildi
Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri dəfn edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 20 yaşlı Rahil Rafiq oğlu Ərəbli doğulduğu Şirvan şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhidin əsgər yoldaşları, doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Cənazəsinə bükülmüş üçrəngli bayraq Rahil Ərəblinin atasına verilib.
Qeyd edək ki, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin sakini Rahil Rafiq oğlu Ərəbli mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada şəhid olub.
OXŞAR XƏBƏRLƏR
15:18
1821
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2778
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2749
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1127
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
753
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
855