Rusiya XİN: Prezidentlərin görüşündə əsas məqsəd hərbi riskləri azaltmaqdır
“Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib.
O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir: “Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi əlavə məlumat veriləcək”.
M.Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.
OXŞAR XƏBƏRLƏR
15:18
1891
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2854
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2815
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1127
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
756
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
857