Göygöldə şəhid Sərxan Bağırovun medalı anasına təqdim olundu
Bu gün Göygöl rayon İcra Hakimiyyətinin binasında ötən ay cəbhədə ermənilərlə döyüşdə şəhid olan Sərxan Azər oğlu Bağırovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması mərasimi keçirilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək, şəhidin döyüş yolundan və göstərdiyi şücaətdən bəhs ediblər.
Qeyd olunub ki, 1997-ci il təvəllüdlü əsgər Sərxan Bağırov Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhid əsgər müdafiə naziri Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.
Medal şəhidin anasına təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
15:18
1907
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2867
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2831
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1131
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
756
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
858