Ermənistanın baş naziri: "Aprel müharibəsi bizi çətin vəziyyətə salıb"
"Dördgünlük müharibə" bizi qənaətcil iş rejiminə keçməyə məcbur edir. APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, Ermənistanın baş naziri Ovik Abramyan bu addımın bir çox sahələrdə atılmasını vacib hesab edir.
Hökumətin iclasında Abramyan bu rejimi ilk olaraq dövlət idarələrində tətbiq etməyin vacibliyini deyib. O, həmin təşkilatlarda böyük yeyintilərin olduğunu vurğulayıb.
"Bura ilk növbədə məzuniyyətlərə ayrılan maliyyə məbləği, hökumət xərclərinin azaldılması, xidməti maşınlardan istifadə və digərləri daxil edilməlidir, çünki biz çətin vəziyyətə düşmüşük", - o qeyd edib.
Bununla əlaqədar Abramyan hökumətə və Maliyyə Nazirliyinə bir həftə ərzində təkliflər hazırlayıb təqdim etmələrini tapşırıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1907
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2867
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2831
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1131
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
756
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
858