İmişlidə 6 otaqlı ev yandı
İmişlidə fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisəsi Yusifova Gülsurə Baba qızına məxsus olan Xaqani küçəsi, ev 38-də qeydə alınıb.
Otaqlardan birində yaranan alov qısa müddətdə digər otaqlara keçib. 168 kv. metr sahəsi olan bir mərtəbəli və altı otaqdan ibarət olan evin 90 kv. metri əşyaları ilə birgə yanıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1907
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2867
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2831
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1131
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
756
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
858