Azərbaycanda tanınmış alimə qarşı 120 min manatlıq dələduzluq
Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində bildirilir ki, Suliddin və Hakim adlı şəxslər A.Təhməzovun etibarından sui-istifadə edərək, onu aldadıb 120 min manat pulunu alıblar.
Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A.Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.
OXŞAR XƏBƏRLƏR
15:18
1907
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2867
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2831
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1131
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
756
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
858