Sabah havanın temperaturu 28 dərəcəyə çatacaq
Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15 , gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:18
1936
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2905
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2861
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1134
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
759
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
861