Bakı metrosunda həkim öldü
Bakı metrosunda ölüm hadisəsi baş verib. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyərək bildirib ki, yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o, dünyasını dəyişib.
Araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Emin Hüseynağa oğlu Həsənov olması müəyyən edilib. E.Hüseynov həkim olub. İlkin ehtimala görə, o ürəktutmasından vəfat edib.
Hazırda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1936
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2905
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2861
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1134
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
759
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
861