Tərtərdə qızıl alverçisini döyərək qarət edən dəstə tutuldu
Tərtərdə qızıl alverçisini döyüb qızıl-zinət əşyalarını oğurlayan şəxslər saxlanılıb.
APA TV-nin məlumatına görə, vətəndaş Məmmədov Ramiz Əmrah oğlunun şikayəti əsasında hərəkətə keçən polis Tərtər rayon sakinləri Paşayev Elgiz Şahin oğlu, Hümbətov İlqar Vahid oğlu və Əmirli Cəlil Yaqub oğlunu saxlayıb.
Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar Ramiz Məmmədovu döydükdən sonra qarət edib apardıqları qızıl-zinət əşyalarını Bakı şəhərində qızıl mağazasına 34 min manata satıb, pulunu öz aralarında bölüblər.
Araşdırmalar zamanı məlum olub ki, qrup üzvləri bundan əvvəl də Tərtər rayonunda silsilə oğurluq cinayətləri törədiblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
1934
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2902
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2859
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1134
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
759
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
861