Ermənilər kimyəvi silahdan istifadə edir: Tərtərdə fosforlu mərmi tapıldı
Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursat aşkarlanıb.
APA TV-nin məlumatına görə, bu barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 10-da Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında yaydığı hesabatda bildirilir.
Hesabata əsasən, 10 may tarixində 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 12 partlayış yerinə baxış keçirilib, 2 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar edilib. Gün ərzində 42 884 kv. m ərazi təmizlənib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək