Bakıda yağış yağacaq, gilavar əsəcək
Mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14 , gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, axşam intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:18
1990
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2963
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2913
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1136
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
761
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
863