Yağışlar qayıdır - PROQNOZ
Mayın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 11-16 isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
15:18
2006
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2984
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2930
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1140
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
763
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866