Prezidentliyə namizədlər səs verdilər
Dövlət başçısı İlham Əliyev prezident seçkilərində səs verib. Prezident xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu ilə birlikdə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub, seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Respublikanın və xarici ölkələrin mətbuat orqanları, televiziya kanallarının nümayəndələri prezidentin səs verməsi prosesini izləyiblər.
APA TV-nin xəbərinə görə, prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə səsvermə prosesində iştirak edib. İqbal Ağazadə 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının 7 saylı məntəqəsində səs verib.
Prezidentliyə digər namizədlər Araz Əlizadə, Hafiz Hacıyev, Sərdar Cəlaloğlu, Zahid Oruc və Fərəc Quliyev də günaorta saatlarına qədər səvermə hüquqlarından istifadən ediblər.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"