Bakıda "VAZ-2107" ağır qəza törətdi: 3 yaralı
Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Aeroport şosesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil sürətlə hərəkətdə olan zaman əvvəlcə maneəyə çırpılıb, sonra isə yol kənarındakı piyadanı vurub. Hadisə nəticəsində piyada, 55 yaşlı Mehman Ayazxan oğlu Nəzərov, eləcə də avtomobildəki sərnişinlər - 63 yaşlı Xuraman Ümid qızı Məhərrəmova və onun qızı, 26 yaşlı Lamiyə İlqar qızı Məhərrəmova xəsarət alıblar. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2006
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2983
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2930
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1140
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
763
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866