Ağstafada bir gecədə iki mağaza yarıldı
Ağstafa rayonunda oğurluq faktları qeydə alınıb. APA TV-nin qərb bürosunun məlumatına görə, birinci hadisə rayonun Qırlı kəndində qeydə alınıb.
Rayon sakini Azər Allahverdiyev səhər saatlarında magistral yolun kənarında yerləşən mağazasına gələndə qapının qıfılının sındırıldığını, mağazanın qarət olunduğunu görüb. Onun bildirdiyinə görə, oğrular 50 manata qədər qəpik pul və 500 manat dəyərində müxtəlif ərzaq malları aparıblar.
Digər oğurluq hadisəsi isə rayon sakini Famil Abbasovun mağazasından edilib. Mağazaya kiçik pəncərədən daxil olan naməlum şəxs və ya şəxslər oradan 1000 manatlıq ərzaq, tütün və içkilər götürüblər.
Hər iki fakt üzrə Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2006
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2983
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2930
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1140
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
763
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866