Moskvada jurnalist amansızcasına qətlə yetirildi
Rusiyanın “Nasionalnaya slujba novostey” (“Milli İnformasiya Xidməti”) informasiya agentliyinin redaktoru Aleksandr Rubtsovun meyiti onun Moskvadakı mənzilində tapılıb.
APA TV-nin “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə agentliyin saytında bildirilir.
Məlumata görə, 35 yaşlı Aleksandr Rubtsov mayın 3-də amansızcasına qətlə yetirilib. Meyitin ilkin ekspertizası zamanı məlum olub ki, mərhum döyüldükdən sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Aleksandr Rubtsov son iki ildə “Naşe radio”, “Rock FM”, “Best FM” və “Radio JAZZ” radiostansiyaların efirində aparıcı kimi də çalışıb. O, sonuncu dəfə aprelin 29-da efirdə olub.
OXŞAR XƏBƏRLƏR
15:18
2047
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3027
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2970
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1141
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
764
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866