Xudatda 80 yaşlı qadın qətlə yetirildi
Xudat şəhərində qətl hadisəsi baş verib. APA TV-nin bölgə müxbirinin verdiyi xəbərə görə, şəhərin Zeynalabdin Tağıyev küçəsi-79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Rafiq Məhəmməd oğlu Şıxverdiyev qonşusu, 1936-cı il təvəllüdlü Fatma Ramazan qızı İbrahimxəlilovanın boğazını kəsərək qətlə yetirib.
Hadisəni törədən Rafiq Şıxverdiyev Xudat polisi tərəfindən saxlanılıb.
Mərhumun kürəkəni Vaqif Ağayev hadisəni belə xatırlayır: "Evdə oturmuşdum, zəng gəldi ki, qonşu Rafiq Fatma xanımı öldürüb. Gəlib gördük ki, arvadı başından, bədənindən bıçaqlayıb. Rafiq dinc adam olmayıb. Gah oğurluq edib, gah kiməsə sataşıb, gah kiminləsə dava edib".
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2048
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3028
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2971
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1141
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
764
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866