Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 5-də Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
15:18
2047
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3027
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2970
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1141
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
764
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866