Gəncədə tələbəni soyan iki nəfər saxlanıldı
Gəncədə soyğunçuluq yolu ilə tələbənin telefonun ələ keçirən iki nəfər saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsi, Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü Cəfər Məmmədli polisə müraciət edərək bildirib ki, şəhərin Atatürk prospektində tanımadığı iki nəfər ona bıçaqla hədə-qorxu gələrək əlində olan “Samsung” markalı mobil telefonunu zorla alıblar.
Aparılan əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən iki nəfər - 1996-cı il təvəllüdlü Cəlal Məhərrəmov və 1997-ci il təvəllüdlü Azər Mehdiyev saxlanılıb. Onlar törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
2049
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3029
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2972
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1141
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
764
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866