Gəncədə maşından oğurluq edən iki nəfər tutuldu
Gəncədə oğurluq faktının üstü açılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Ağdam rayon sakini Ramil Paşayev aprelin 30-da Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciət edərək şəhərin mərkəzində saxladığı “Toyota” markalı avtomobilinin salonundan içərisində 6 min manat dəyərində qızıl-zinət əşyaları, 400 manat nəğd pul və digər əşyalar olan çantanın oğurlanması barədə məlumat verib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri - 1979-cu il təvəllüdlü Razi Rzayev və 1983-cü il təvəllüdlü Suliddin Abbasov saxlanılıblar. Onlar cinayət əməlini törətdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2048
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3028
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2971
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1141
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
764
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
866