Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olundu
Təzə Pir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi keçirilib. APA TV-nin məlumatına görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, katibi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Natiq Rəsulzadə, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri iştirak edib.
Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq, onun vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.
Vida mərasimindən sonra xalq şairi Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunub.
OXŞAR XƏBƏRLƏR
15:18
2087
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3069
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3011
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1144
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
767
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
870