Respublika Talassemiya Mərkəzində yanğın: xəstələr təxliyə edildi
Bakıda tibb müəssisəsində yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Respublika Talassemiya Mərkəzində qeydə alınıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühaizə Xidmətinin Nərimanov rayon hissəsinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib. Məlum olub ki, binanın havalandırma sisteminin mühərrikində tüstülənmə müşahidə olunur. Yanğınsöndürmə qüvvələri baş verə biləcək təhlükənin qarşısını alıblar.
Respublika Talassemiya Mərkəzində müalicə olunan xəstələr binadan təxliyə ediliblər. Yanğın təhlükəsi aradan qalxdıqdan sonra xəstələr yerlərinə qayıdıblar.
OXŞAR XƏBƏRLƏR
15:18
2087
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3070
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3012
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1144
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
767
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
870