Qarabağ bölgəsində seçicilər arasında aktivlik müşahidə olunur
Qarabağ bölgəsində seçicilər arasında aktivlik müşahidə olunur. Yerlərdəki dairə seçki komissiyalarından verilən məlumatlara görə, bu saatlaradək səsvermə prosesinə hər hansısa müdaxilə edilməsi, namizədlərin vəkilləri, nümayəndələri tərəfindən maneçilik törədilməsi faktı qeydə alınmayıb.
APA TV-nin bölgə müxbiri bildirir ki, 119 saylı Ağdam kənd Seçki Dairəsinin 43 min beş yüz nəfərdən çox seçicisinin 30 faizə yaxını artıq seçkilərdə iştirak edib. Dairənin 42 məntəqəsindən yeddisində exit-poll keçirilir. 11 xarici, 293 yerli müşahidəçi səsvermə prosesini izləyir. 118 saylı Ağdam şəhər Seçki Dairəsində 38 995 nəfər seçici qeydiyyatdadır ki, bunun da 30 faizə yaxını artıq səs verib. 2 xarici, 254 yerli müşahidəçi seçki prosesini müşahidə edir. 12 məntəqədə exit-pol keçirilir. İki məntəqədə səsverməni veb-kamera vasitəsilə canlı izləmək mümkündür. Səsvermə prosesində komissiya üzvləri və ya seçicilər arasında kiminsə səhhətində yarana biləcək narahatlıqların vaxtında aradan qaldırılıması üçün rayon ərazisində dörd tibb qərargahı yaradılıb.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı