Dövlət Gömrük Komitəsində Heydər Əliyevin 93 illiyi qeyd olundu
Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev bildirib ki, Heydər Əliyevin doğum günü ilə bağlı nəinki ölkə daxilində, eləcə də dünyanın müxtəlif yerlərində geniş tədbirlər keçiriləcək. Komitə sədri deyib ki, onun rəhbərlik etdiyi qurum da bununla bağlı Tədbirlər Planı hazırlayıb.
Ardınca A.Əliyev Heydər Əliyevlə bağlı xatirələrini bölüşmək üçün ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə söz verib. V.Mustafayev Heydər Əliyevin jurnalistlərlə olan görüşündən, onun mətbuata münasibətindən danışıb.
Bundan sonra ANS TV-nin Heydər Əliyevlə bağlı arxiv materialları əsasında hazırlanmış videogörüntülər nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək