Mingəçevir, Göyçay, Ağdaş, və Qəbələdə SƏSVERMƏNİN GEDİŞİ
Mingəçevir, Göyçay, Ağdaş, və Qəbələdə seçkiləri 1559 yerli və 15-dən artıq beynəlxalq müşahidəçi izləyir. Ölkənin hər yerində olduğu kimi, Mingəçevir şəhərində, Göyçay, Ağdaş və Qəbələ rayonlarında da səsvermə prosesi başlayıb. Bu şəhər və rayonlarda 5 seçki dairəsi üzrə 199 seçki məntəqəsi fəaliyyət göstərir. 49 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairə Seçki Komissiyalarından verilən məlumata görə, ilk saatlardan etibarən bölgə seçiciləri ölkə üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada çox fəal iştirak edirlər. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1559 nəfər yerli, habelə 15-dən artıq beynəlxalq müşahidəçi izləyir.
OXŞAR XƏBƏRLƏR
18:39
425
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
412
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
404
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
986
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1011
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1254