Bakıda 17 yaşlı gənc bıçaqlandı
Xətai rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, Naximov küçəsində yaşayan 17 yaşlı İsmayıl Səfərov bıçaqlanıb.
Yaralı hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər bud nahiyəsindən bıçaqlanan yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər.
Hadisə ilə əlaqədar xəstəxanadan Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Məlumat əsasında araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
2105
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3087
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3029
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1147
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
769
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
872