“Sky News”: Bəşər Əsəd İŞİD-lə əməkdaşlıq edib
Britaniyanın “Sky News” telekanalı Suriya hakimiyyətinin İŞİD terror qruplaşmasını dəstəkləməsi barədə məlumatların əks olunduğu məxfi sənədlərin əldə etdiyini bildirib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sənədlərdə qeyd olunur ki, Palmira şəhərinin azad edilməsi İŞİD və Suriya hakimiyyəti arasında əldə olunan bir neçə razılaşma əsasında həyata keçirilib.
Razılaşmalar arasında neftin gübrələrə dəyişdirilməsi, əhalinin hücumlardan əvvəl bir neçə rayondan təxliyə olunması və s. kimi şərtlər olub.
Telekanalın məlumatına görə, məxfi sənədlər İŞİD sıralarından fərarilik etmiş şəxslər tərəfindən təqdim olunub. Sənədlərdəki məlumatların doğruluğu hələlik təsdiqlənməyib.
OXŞAR XƏBƏRLƏR
15:18
2105
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3087
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3029
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1147
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
769
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
872