Qaxda 40 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü
Qaxda 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin məlumatına görə, hadisə mayın 2-də Qax rayonunun Xələftala kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Alyoşa Cordan oğlu Papiyaşvili yaşadığı ərazidə elektrik enerjisi olmadığı üçün kəndin ərazisindəki transformatora qanunsuz müdaxilə edib. Nəticədə Alyoşa Papiyaşvilini elektrik cərəyanı vurub və o, ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qax RMX-dan APA TV-yə bildirilib ki, həkim müayinəsi zamanı Alyoşa Papiyaşvilinin artıq öldüyü məlum olub.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2168
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3150
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3092
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1151
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
771
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
874