İmişlidə evləri talayan oğru dəstəsi zərərsizləşdirilib
İmişli rayonunda bir müddətdir müxtəlif vaxtlarda ticarət obyektlərindən və mənzillərdən oğurluq edən 3 nəfərdən ibarət dəstə saxlanılıb.
APA TV-nin məlumatına görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakinləri - 26 yaşlı Mirzəyev Ceyhun Ağasəf oğlu, 39 yaşlı Həsənov Rail Əliheydər oğlu və 34 yaşlı Cəfərov Elşən Vaqif oğlu saxlanılaraq istintaqa cəlb olunub. Dəstə tərəfindən yalnız İmişli rayonunda 6, ətraf rayonlarda isə bir neçə oğurluq faktı törədildiyi məlum olub. Adı çəkilən şəxslər evlərdən və mağazalardan 8 min manatdan çox nağd pul, çoxlu sayda qızıl-zinət əşyaları, məişət əşyaları, mağazalardan ərzaq, siqaret, spirtli içkilər, mobil telefon konturları və sair əşyalar oğurlayıblar. Cinayətkar dəstənin vətəndaşlara vurduğu maddi ziyanın miqdarı istintaq tərəfindən dəqiqləşdirilir.
Faktlarla bağlı İmişli polis şöbəsində cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq faktlarında iştirakının olub-olmadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək