Lənkəranda evdən oğurluq olub
Lənkəranda oğurluq hadisəsi qeydə alınıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kəndi ərazisində baş verib. Naməlum şəxs və ya şəxslər kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Böyükağa oğlu Əliyevin və ailəsinin evdə olmamalarından istifadə edərək, evin qapısını balta ilə sındıraraq oradan məişət cihazlarını, o cümlədən televizoru və qızıl-zinət əşyalarını oğurlayaraq özləri ilə aparıblar.
Ev sahibləri oğurluq hadisəsi barədə bu gün günorta saatlarında evə qayıdarkən xəbər tutublar. Hadisə barədə dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları istintaq üçün zəruri barmaq izlərini götürüblər. Hazırda oğurluq hadisəsini törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək