Şamaxıda 3 “Mersedes” toqquşub, 6 nəfər ağır xəsarət alıb
Şamaxıda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. 02-BN-213 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili qarşı tərəfdən gələn 90-GL-244 dövlət nömrə nişanlı “Mersedes”lə toqquşub. Zərbənin təsiri nəticəsində avtomobillər yolla hərəkət edən 99-HC-092 dövlət nömrə nişanlı digər “Mersedes”ə çırpılıb. Hadisə zamanı Şamaxı və Göyçay sakinləri olan 1960-cı il təvəllüdlü Səmədov Əliağa Əlihəbib oğlu, 2001-ci il təvəllüdlü İlyasova Şəlalə Elşən qızı, 1965-ci il təvəllüdlü Qürbətova Qızxanım Təvəkkül qızı, 1962-ci il təvəllüdlü Məmmədova Xalidə Dadaş qızı, 1961-ci il təvəllüdlü Zərbəliyev Novruz Təvəkkül oğlu, 1972-ci il təvəllüdlü Zərbəliyeva Mirvari Təvəkkül qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək