Erməni deputat üzvü olduğu partiyanın 100 milyon dollarını oğurlayıb qaçdı
Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının deputatı Abraham Manukyan partiyaya məxsus 100 milyon dollar pulla birlikdə ölkədən qaçıb. APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə “Aykakan Jamanak” qəzeti yazıb. Bildirilir ki, parlamentdəki köməkçisi də deputatın hazırda ölkədə olmadığını təsdiqləyib.
Həmin pullar partiyanın regional strukturlarının koordinasiyası üçün nəzərdə tutulubmuş. A. Manukyan daha əvvəl bu koordinasiyaya rəhbərlik edib. Bir müddət əvvəl A. Manukyanın partiya daxilində bəzi şəxslərlə münaqişəsi yaranıb. Nəticədə bəzi üzvlər partiyanı tərk ediblər. Onun partiya rəhbərliyində dəyişikliyin olmasını istədiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
2303
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3285
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3220
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1164
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
782
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
887