Oğuzda dəhşətli qəza: 3 ölü
Oğuzda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, aprelin 27-də saat 21.00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 125-ci km-liyində, Oğuz rayonu ərazisində qeydə alınıb.
Laçın rayonunda anadan olan məcburi köçkün, hazırda Oğuz rayonunda məskunlaşan 1973-cü il təvəllüdlü Rövşən Kamal oğlu Abbasovun idarə etdiyi “VAZ-21015” markalı 90 NC 945 dövlət nömrə nişanlı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü R.Abbasov və sərnişinlərdən biri - Oğuz şəhər sakini, 1964-cü il təvəllüdlü Məhyəddin Kərimov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Digər sərnişin, Şuşa şəhərində anadan olan, Bərdə rayonunun Kələntərli kəndində məskunlaşan məcburi köçkün, 1988-ci il təvəllüdlü Elşən Əhliyət oğlu Allahverdiyev isə ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək