Neft bahalaşmaqda davam edir
Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, dünən səhər seanslarında “Brent” markalı neftin bir bareli 46,26 dollara satılırdısa, bu gün qiymət 46,93 dollaradək yüksəlib. Qərbi Texas nefti də dəyər qazanmaqdadır. Dünən 44,51 dollardan satılan WTI nefti bu gün birjaların səhər seanslarında 45 dollardan satılıb. Treyderlər Səudiyyə Ərəbistanı və Küveytin bəzi neft yataqlarında hasilatın aşağı düşməsinin qiymətlərin yüksəlməsinə dəstək olduğunu qeyd edirlər. Sabah axşam birjalarda həftənin son hərraclar keçiriləcək. Ekspertlər neft qiymətlərinin həftə sonunun yüksək hədlərdə bitirəcəyini proqnozlaşdırır.
OXŞAR XƏBƏRLƏR
15:18
2315
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3295
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3230
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1165
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
783
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
887