Rusiyada azyaşlıyla cinsi əlaqəyə girən həmyerlimizə hökm oxundu
Sverdlovskda 24 yaşlı Azərbaycan vətəndaşına hökm oxunub. APA TV-nin xəvərinə görə, adı şərti olaraq, Kamil kimi təqdim edilən şəxs seksual zorakılıq hərəkətləri etdiyinə görə məhkum edilib. Məhkəmə istintaqı dövründə müəyyən olunub ki, ailəsi ilə birgə Kamensk-Ural bölgəsində məskunlaşan Kamil qonşuluqda yaşayan 13 yaşlı məktəbli qızla tanış olub. Daha sonra evlənəcəyini vəd edərək qızla yaxınlıq edib. Onların münasibəti bir müddət davam edib, baş verənlərdən xəbər tutan qızın anası hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib. Faktla bağlı cınayət işi başlanıb və Kamil şübhəli şəxs qismində həbs olunub. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs törətdiyi cınayəti etiraf edib. Məhkəmənin qərarı ilə həmyerlimiz 3 il 6 ay azadlıqdan məhrum olunub.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"