Bakıda 6 nəfərlik silahlı dəstə zərərsizləşdirildi
Bakıda silahlı dəstə zərərsizləşdirilib.
APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov, 1985-ci il təvəllüdlü Orxan İbrahimov, 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov saxlanılıblar.
K.Quliyevin üzərindən 2, 254 qram heroin, idarə etdiyi avtomobildən isə 1 ədəd nömrəsiz “Naqan” tipli tapança və 4 ədəd güllə, N. İbayevin üzərindən 2, 688 qram heroin, idarə etdiyi avtomobildən 1 ədəd avtomat, 1 ədəd içərisində 22 güllə olan daraq, N.Həşimovun üzərindən heroin, O.İbrahimovdan isə qurudulmuş marixuana, M.Məmmədovun üzərindən "Makarov" tipli tapança və 3 ədəd güllə aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək