"Benzinim yoxdur" dediyi üçün bıçaqlandı
Qaxda 28 yaşlı rayon sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, bu gün axşam saat 21:00 radələrində rayonun Tutaclı kənd sakini, 1988-ci il təvəllüdlü Rüstəm Yasin oğlu Ələkbərov sol bazu və sağ budun kəsilmiş-deşilmiş bıçaq yarası xəsarətləri ilə xəstəxanaya daxil olub.
R.Ələkbərovun üzərində cərrahi əməliyyat aparıldıqdan sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib.
Qax Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisə Turaclı kəndinin girişində baş verib. R.Ələkbərov ilkin ifadəsində bildirib ki, tanımadığı şəxslər onun maşınını saxlayıblar. Hələ ki istintaqa məlum olmayan şəxslər R.Ələkbərovdan benzin istəyiblər. O, tanımadığı şəxslərə benzin olmadığını deyib. Bunu eşidən naməlum şəxslər əvvəlcə R.Ələkbərovu döyüb, daha sonra ona üç bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıblar.
Qax RPŞ-nin əməkdaşları R.Ələkbərovu bıçaqlayan şəxslərin kimliyinin müəyyən olunub tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək