Amerikalı müşahidəçilər seçkiyə hazırlığın vəziyyətindən danışdılar
Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə missiyası bu gün Bakıda mətbuat konfransı keçirdi. APA TV-nin xəbərinə görə, missiyanın üzvü, estoniyalı deputat Vladimir Velman bildirdi ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub. Artıq bir neçə gündür, məntəqələrlə və seçki prosesi ilə yaxından tanış olduğunu bildirən missiya üzvü seçkilərin keçirilməsi ilə bağlı heç bir qüsurun olmadığını söylədi. O, vətəndaşların seçkiyə hazırlığını da yüksək dəyərləndirdi.
Missiyanın ABŞ-dan olan üzvü Lidia Lavson da həmkarı ilə eyni fikri bölüşərək bildirdi ki, seçkilərə hazırlıq problemsiz davam edir. Missiya üzvləri dedilər ki, seçki ərəfəsində Azərbaycan parlamenti üzvləri ilə də görüşəcəklər.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"