Tərtərdə daha 6 evə mərmi düşüb
Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib.
Tərtər Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna bildirilib ki, Yuxarı Qapanlı kəndində 1, Əskipara kəndində 3, Seydimli kəndində 1, Qazyan kəndində 1 evə mərmi düşüb. Mərminin yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində 11 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Erməni hərbi birləşmələrinin cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması yaz səpin işlərini də ləngidir. Əkin sahələri mütəmadi atəşə tutulduğundan, sakinlər səpinə başlaya bilmirlər. İndiyədək onlarla hektar əkin sahəsinə saysız mərmi düşüb.
Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu kimi faktlarla bağlı araşdırma aparılır, mərmilərin düşdüyü yerlər müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək