Bakıda DYP avtomobili qəza törətdi: xəsarət alanlar var
Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə qəza törədib. APA-nın məlumatına görə, hadisə Sabunçu-Maştağa yolunda qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Qarayevin idarə etdiyi BMW markalı, 99 YP 357 dövlət nömrə nişanlı avtomobil Maştağa qəsəbə sakini Vahab Manafovun idarə etdiyi “VAZ-21015” markalı 90 NZ 885 dövlət nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində “VAZ-21015”in sürücüsü və həmin avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Dilqəm Manafov xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2334
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3311
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3246
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1168
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
786
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
890