Tovuzda avtomobil dərəyə aşdı: 4 yaralı
Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Şamlıq kəndinə gedən yolda baş verib.
“VAZ-2107” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində Tovuz rayonunun Çeşməli kənd sakinləri - 59 yaşlı Zakir Əmiraslanov, 57 yaşlı Validə Əmiraslanova, 28 yaşlı Könül İbrahimova və Gədəbəy rayonunun Poladlı kənd sakini, 51 yaşlı Aybəniz Paşayeva müxtəlif bədən xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan iki nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə normal qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2396
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3374
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3307
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1168
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
787
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
890