Xırdalanda minik maşını bələdiyyə traktoruna çırpıldı
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Prospektlə hərəkətdə olan “QAZ-3110” markalı minik avtomobili qarşıda yol kənarındakı otları yığmaq üçün dayanan və bələdiyyəyə məxsus qoşqulu traktora arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobili və traktorun qoşqusu yararsız hala düşüb.
Hadisə yerinə gələn yol-patrul xidmətinin əməkdaşları ölçülər götürüblər. İlkin ehtimala görə, qəza minik avtomobilinin yüksək surətlə idarə olunması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
15:18
2405
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3383
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3316
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1171
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
789
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
892