Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib
ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub.
APA TV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib: “Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Ermənistanın atəşkəsə ciddi riayət etmələrinin və hərtərəfli nizamlanma üzrə danışıqların başlanmasının vacibliyini müzakirə edilib”.
ABŞ dövlət katibi bəyan edib ki, Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə nizamlanmasını tam dəstəkləyir.
Con Kerri həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edib.
OXŞAR XƏBƏRLƏR
15:18
2405
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3383
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3316
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1171
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
789
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
892