Azərbaycanda tutulan gürcü avtoritetə 10 illik həbs cəzası
Azərbaycanda həbs edilən “Koba Qruzinski” adı ilə tanınan gürcüstanlı kriminal avtoritet Koba Kvaxadze barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Koba Kvaxadze ilə bağlı məhkəmə prosesi bir qədər əvvəl başa çatıb. Məhkəmə Kvaxadze Koba Vaxtanqovicin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Zərərçəkmiş şəxsin vəkili Adəm Məmmədov APA-ya açıqlamasında bildirib ki, hazırda Bakı Apellyasiya Məhkəməsində şikayət əsasında proses davam edir.
Koba Kvaxadze mənzillərdən oğurluq etməkdə təqsirləndirilir. O, həbs edilərkən üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"