Temperatur kəskin yüksələcək - 29 DƏRƏCƏ
Aprelin 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:18
2405
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3383
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3316
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1171
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
789
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
892