Dollar, avro və rubl ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsində ucuzlaşma qeydə alınıb. Mərkəzi Bank dolların kursunu 1,5036 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,6902 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi azalıb. Hazırda 1000 Rusiya rublu 22 manat 60 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
15:18
2417
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3393
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3326
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1171
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
789
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
892