Müdafiə Nazirliyindən Ohanyana SƏRT CAVAB
Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə cavab verib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, S.Ohanyanın güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.
Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həll yolu işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır. "Əks təqdirdə, Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq" - deyə nazirliyin yaydığı açıqlamada qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək