İrəvanda etiraz aksiyasını polis dağıtdı
İrəvanda “Biz - ölkəmizin sahibiyik” təşəbbüsü tərəfindən keçirilən etiraz aksiyası toqquşmalarla nəticələnib.
APA TV-nin məlumatına görə, aksiya iştirakçıları prezident iqamətgahına doğru yürüş etmək istəyiblər. Onların qarşısını Baqramyan prospektində polis əməkdaşları kəsib. Nümayişçilərə dağılışmaq üçün vaxt verilib. Nazirlər də daxil olmaqla bir neçə yüksək vəzifəli məmurun istefasını, ölkəni talan edən oliqarxların büdcədən oğurlanan 5 milyon dolları qaytarmasını tələb edən aksiya iştirakçıları dağılışmaqdan imtina ediblər. Bundan sonra polisə qanunsuz aksiyanı dağıtmaq əmri verilib və qarşıdurma yaranıb.
Polis Baqramyan prospektinin hərəkət hissəsini nümayişçilərdən təmizləyib. İrəvan polisinin yaydığı məlumata görə, aksiya iştirakçılarından 42 nəfəri saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək