Lənkəranda minik avtomobili telefon dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə aprelin 22-də saat 16.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Şağlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Bədələn kənd sakini, 28 yaşlıTacəddin Zakir oğlu Baxşıyevin idarə etdiyi “VAZ-21-8” markalı, 44 BS 718 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarə etməni itirərək yolun kənarındakı telefon dirəyinə çırpılıb. Güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb, həmçinin onun sürücüsü və yanındakı sərnişin, Bakı şəhər sakini, 45 yaşlı Fikrət İsmixan oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlara müvafiq tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir.
Qəzanın yağışlı havada yolun sürüşkən vəziyyətə düşməsi səbəbindən baş verdiyi ehtimal olunur.
Hadisənin dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək