Damlar uçdu, ağaclar yerindən çıxdı - GƏNCƏDƏ KÜLƏYİN FƏSADLARI
Ötən gecədən başlayaraq qərb bölgəsində əsən güclü külək Gəncə şəhərində bir sıra fəsadlar törədib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhərin 4-cü mikrorayonunda 5 mərtəbəli binanın dam örtüyünü külək uçurub. Bundan başqa, Nəriman Nərimanov prospektində də yaşayış evinin dam örtüyü dağılıb. Şəhərin bəzi yerlərində ağaclar aşaraq elektrik naqillərini qırıb, bir necə dirək aşıb.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov bildirib ki, səhər saatlarından başlayaraq təbii fəlakətin törədiyi fəsadların aradan qaldırılmasına başlanılıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
OXŞAR XƏBƏRLƏR
15:18
2444
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3419
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3352
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1174
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
791
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
894